featured-image-57979

Ötən mövsümün sonunda Almaniyanın “Bavariya” komandasından ayrılan Erik Maksim Çupo-Motinqin yeni klubu məlum olub.

Msport.az xəbər verir ki, 35 yaşlı futbolçu ABŞ təmsilçisi “Nyu-York Red Bullz”a keçib. Tibbi müayinədən uğurla keçən hücumçu ilə 2 illik müqavilə imzalanacaq.

Kamerun millisinin üzvü ötən mövsüm Münxen klubunun heyətində ümumilikdə 34 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Bənzər xəbərlər