featured-image-55863

Almaniyanın “Bayern Münhen” klubu iki gənc qapıçı ilə maraqlanır.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, bunlar “Köln”də çıxış edən 21 yaşlı Yonas Urbiq və İngiltərə təmsilçisi “Brayton”a məxsus olan 22 yaşlı Bart Verbruqgendir.

Münhen təmsilçisi hər iki qolkiperi yaxından izləyir və onları 38 yaşlı Manuel Noyerin uzunmüddətli davamçısı kimi görür.

Verbruqgenin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 22 milyon avrodur.

Urbiqin “Köln” ilə müqaviləsi isə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında qapıçının bazar dəyəri 4 milyon avrodur.

Bənzər xəbərlər