featured-image-25716

“Bayern Münhen”in yarımmüdafiəçisi Camal Musiala zədə səbəbindən Almaniya millisinin düşərgəsini tərk edib. Msport.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

“Biz hamımız ümid edirdik ki, Camal yaxşı formada olacaq. Çünki onun unikal keyfiyyətləri var. Çox təəssüf edirik ki, bizimlə olmayacaq. Ona tezliklə sağalmağı və və milli  komandaların oyunları ilə bağlı yaranmış fasilədən sonra meydana qayıtmağı arzu edirik” – Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik belə deyib.

Bundestim martın 24-də Mayntsda Peru seçməsi ilə yoldaşlıq oyunu keçirəcək, 28-də isə AÇ-2024-ün seçmə mərhələsində Belçika ilə qarşılaşacaq.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər