featured-image-55701

Almaniya millisinin və “Bayer” klubunun futbolçusu Florian Virts gələn yay komandasını dəyişəcək.

Msport.az xəbər verir ki, bu barədə “Sky Sports” televiziyası məlumat yayıb.

Avropanın bir çox klubunun transfer siyahısından yer alan yarımmüdafiəçi Almaniyada qalacaq.

Alman futbolçu mövsümün sonunda “Bavariya”ya keçmək istəyir. Münhen klubu 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Florian Virts bu mövsüm “Bayer”in heyətində meydana çıxdığı 10 rəsmi matşda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Leverkuzen təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bənzər xəbərlər