“Almaniyada anadan olsam da, özümü azərbaycanlı kimi hiss edirəm”
Ukrayna təmsilçisi “Bukovina” ilə müqavilə bağlayan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov klubun rəsmi saytına müsahibə verib.
Msport.az qısa ixtisarla müsahibəni təqdim edir.
-Renat, klubumuza xoş gəldin “Bukovina” necə oldu ki, sənə maraq göstərməyə başladı və hadisələrin axarı necə getdi?
-Əvvəlcə menecerim mənə zəng vuraraq dedi ki, Ukraynada variant var. Onlar səninlə maraqlanır. Nə fikirləşirsən? Klubun adını çəkdi, mən də “Bukovina” haqqında məlumat toplamağa başladım. Klubun nümayəndələri ilə danışdım və onların ideyaları xoşuma gəldi. Futbola baxışları, oyun modeli və baş məşqçinin iş metodları xoşuma gəldi. “Bukovina”nın bir neçə oyununa baxdım. Kluba keçməyi qərara aldım. Komandanın nə dərəcədə çox istəməsi də mənə ilham verdi. Mən həqiqətən təsirləndim. Artıq mən burdayam.
-“Bukovina” ilə müqavilə bağlamağa sizi nə inandırdı?
-Bayaq dediyim kimi bu baş məşqçinin yanaşması və klubdakı işçilərin münasibəti idi. Mən də o dəqiqə təəssürat yarandı ki, məhz bu klubda olmalıyam, çünki onlar məni bura gəlməyə inandırmaq üçün hər şey etdilər. Qərarımda o dərəcədə əmin idim ki, müqavilə bağladım. Burda olmağa və “Bukovina”nın oyunçusu olmağıma görə çox xoşbəxtəm.
-Düzünü desək, klubumuzun heyətində hazırda millinin formasını geyinən futbolçunu görmək əlamətdar hadisədir. Beynəlxalq təcrübəniz – Azərbaycan millisində 45 oyuna 7 qol, nə dərəcədə kömək edəcək?
-Milli və klub tamamilə fərqlidir. Çoxları fikirləşir ki, eyni şeydir, amma elə deyil. Millidə sən öz ölkəni təmsil edirsən. Klubda isə sən hər gün işləyirsən. Millidə özümü ən yaxşı tərəfrən göstərməyə çalışdığım kimi “Bukovina”da da ən yaxşı versiya olmaq istəyirəm. Əlbəttə, millidə güclü komandalara və futbolçulara qarşı topladığım təcrübəni kluba da gətirə bilərəm. Orada ən yüksək səviyyəli futbolçulara qarşı 90 dəqiqə komsentrasiyanı qorumağı öyrənirsən. Ona görə də yığmadan bu təcrübəni yeni komandama gətirmək fikrindəyəm.
-Karyeranda xüsusi məqam Fransa millisinə vurduğun qoldur. Həmin anı və emosiyaları xatırlamağını istərdik.
-Əlbəttə, hər şeyi xırdalığına kimi xatırlayıram. Oyunun 4-cü dəqiqəsində Fransaya qol vurub hesabı 1:0 edirəm. Emosiya və adrenalin aşıb -daşırdı. Ancaq dərhal beynimdən fikir keçdi ki, “lənətə gəlsin, hələ fransızlara qarşı az qala 90 dəqiqə oymalıyıq (gülür). Mənim üçün hər bir qol xüsusidir, lakin bu, həqiqətən unikaldır. Oyun Azərbaycanda keçirilirdi və bu millinin tarixində Fransaya vurduğu ilk qol idi. Bu, gözəl təcrübə idi və belə şey unudulmur.
–Azərbaycan millisində daha hansı qollar sənin üçün əlamətdar olub?
-Açığı hər qol mənim üçün xüsusidir. Ona görə ki, sən ailənin gəldiyi ölkə üçün qol vurursan. Mənsub olduğun, kökünün gəldiyi ölkə üçün. Mən Almaniyada anadan olsam da, özümü azərbaycanlı kimi hiss edirəm. Mənim ən yadda qalan qolum şübhəsiz ki, Slovakiyaya vurduğum ilk qol olacaq. Həmçinin Fransaya vurduğum qol. Bu iki qol millidə vurduğum 7 qol arasında əsas Top-da olanlardır. Ümid edirəm ki, gələcəkdə daha çox olacaq
-Düz bir il əvvəl Azərbaycan yığmasında Ukraynaya qarşı oynadın. Onda ağlına gələrdi ki, bu ölkədə çıxış edəcəksən?
-Düzünü desəm, yox. Bax, məhz buna görə futbolu sevirəm. Heç vaxt bilmirsən ki, sabah harada olacaqsan. Ukrayna millisini qarşı oyunu əla xatırlayıram. Bu gün o gözəl sarı rənglərdə çıxış edən klubla müqavilə bağlayıram. Həqiqətən gözəl hisslərdir.
-Almaniyada doğulub boya-başa çatdığımız üçün sizi alman təfəkkürlü azərbaycanlı adlandırmaq olar. Alman futbol mühüti sizin inkişafınıza nə dərəcədə təsir göstərdi?
-Bu mühit məni tamamilə formalaşdırıb. 15 yaşımda akademiyaya getdim. Orada ciddi intizam və zəhmətkeşliyi öyrənirsiz. Səhər məşqini məktəblə birləşdirirsiz, sonra yenidən məşq. Bu, böyük intizam tələb edirdi və məni indiki futbolçuya çevirdi.
–Ukrayna futbolu və ümumilikdə ölkəmiz haqqında nə bilirsiniz?
-Ukrayna futbolu haqqında çox şey bilirəm. Çünki burda həmişə güclü klublar olub. Dostlarım Ukraynada oynayırdı deyə, çempionatı izləyirdim. Əvvəllər yalnız milli komandanıza qarşı oynasam da, ölkənin özü ilə tanış idim. İndiyə qədər gördüklərimi çox bəyənirəm – burada hər şey gözəldir. Ukraynada qaldığımdan həzz alıram. Şəhəri bir qədər araşdırmışam, ona görə deyirəm ki, Çernevtsi xoşuma gəlir. Gözəl şəhərdir.
–
–







