featured-image-20545

“Borussiya Dortmund”un hücumçusu Yussuf Mukokonun təvəllüdü ilə bağlı şübhələr yaranıb. Msport.az xəbər verir ki, Almaniyanın “Bild” qəzeti futbolçunun 18 yox, 22 yaşında ola biləcəyini yazıb.

Həmkarlarımız Mukokonun ögey atasının təqdim etdiyi sənədlərə əsasən bu qənaətə gəliblər. Onun sözlərinə gprə, Yussufun əsl adı Muhammedir. Qanuna əsasən bu cür sənədlərin yayılması qadağandır.

Kamerunda anadan olan Mukoko 2014-cü ildə Almaniyaya köçüb və orada onu övladlığa götürüblər. O, 14 yaşında “Borussiya”nın U-19 komandasına cəlb olunub.

Gənclər arasında Afrika Millətlər Kobukunda iştirak etmək üçün Kamerunun U-17 yığmasına çağırılan 30 futbolçudan 21-i dəqiq yaşlarının müəyyən olunması üçün MRT-testdən keçiriliblər. Onlardan 11-nin doğum tarixi göstərilən kimi olmayıb. Bununla əlaqədar şübhələr yaranıb ki, Mukokonun 8 yaşı yoxdur.

“Dail Mail” qəzeti bununla bağlı Almaniya Futbol İttifaqına (DFB) sorğu göndərib. Oradan gələn cavab belə olub: “Biz hər hansı şaiyə ilə bağlı şərh vermirik”.

DFB rəsmi doğum tarixi 2004-cü ilin 20 noyabrı kimi göstərilən Mukoko ilə bağlı hələ 2017-ci ildə açıqlama vermişdi. DFB və “Borussiya”nın birgə araşdırmaları futbolçunun təvəllüdü ilə bağlı heç bir şübhə qoymamışdı.

“Daily Mail”in yazdığına görə, Mukokonun yaşı ilə əlaqədar arşdırmalar davam etsə, futbolçunun transferində maraqlı olan “Çelsi” və “Nyukasl” danışıqlardan çəkiləcək.

ANAR ABDULLAYEV 

 

 

Bənzər xəbərlər