featured-image-50060

Almaniya millisinin futbolçuları xeyriyyə işləri ilə məşğul olacaqlar.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, oyunçular ölkələrdə təşkil olunan Avropa çempionatının pul mükafatının əhəmiyyətli hissəsini evsizlərə kömək edən xeyriyyə təşkilatlarına bağışlayacaqlar.

AVRO-2024-də qrup mərhələsini birinci pillədə başa vurduqları üçün yığma üzvlərinin hər biri 50 min avro məbləğində pul mükafatı əldə edəcək. Əgər qitə çempionu olsalar, 400 min avro qazanacaqlar.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bənzər xəbərlər