featured-image-41860

“Real” və “Atletiko” komandaları arasında Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunun yarımfinal oyununda insident yaşanıb.

Msport.az xəbər verir ki, qarşılaşmada “kral klubu”nun futbolçusu Toni Kroos fitə basılıb.

Azarkeşlərin etirazına daha əvvəl almaniyalı oyunçunun açıqlaması səbəb olub.

“Səudiyyə Ərəbistanında hər şey pul ətrafında dövr edir. Həm də orada insan haqlarının olmaması bu ölkəyə getməyimə əngəl törədir. Avropada oynaya biləcək futbolçuların ora getməsi mənə gülməli görünür”, – deyə Kroos müsahibələrinin birində bildirib.

Bənzər xəbərlər