featured-image-42461

Daha bir klub Almaniya millisinin və “Bavariya” klubunun futbolçusu Coşua Kimmixi heyətinə qatmaq istəyir.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, “Liverpul” 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Mersisayd təmsilçisindən başqa “Mançester Siti” və Fransanın PSJ klubu da oyunçunu transfer etmək niyyətindədir.

Qeyd edək ki, futbolçunun Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Bənzər xəbərlər