featured-image-40667

Almaniyanın “Hoffenhaym” klubunun futbolçusu Maksimilian Bayer karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq paylaşım edib.

Onun sözlərinə görə, “Liverpul” 21 yaşlı hücumçunu heyətinə qatmaq istəyir. Mersisayd təmsilçisi bunun üçün təxminən 30 milyon avro ödəməlidir.

Qeyd edək ki, almaniyalı forvard cari mövsüm 15 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər