Almaniyanı İngiltərəyə dəyişə bilər
İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiə xəttinə yeni futbolçu cəlb etmək niyyətindədir.
Msport.az xəbər verir ki, bu barədə “Sky Sports” televiziyası məlumat yayıb.
Premyer Liqa nəhənginin əsas hədəfi “Bayern Münhen”də çıxış edən Konrad Laymerdir.
“Qırmızı şeytanlar” Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulan avstriyalı yarımmüdafiəçi üçün qışda danışıqlara başlayacaq.
Qeyd edək ki, Konrad Laymer ötən ilin yayından “Bayern Münhen”də çıxış edir. 27 yaşlı futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.