featured-image-64975

“Bayer”in müdafiəçisi Alexandro Qrimaldo karyerasını “Real”da davam etdirə bilər.

Msport.az xəbər verir ki, ispaniya futbolçunun transferində mövsüm başa çatdıqdan sonra madridliləri çalışdıracağı gözlənilən Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso maraqlıdır.

İspaniyalı mütəxəssis həmyerlisini də yeni komandasında görmək istəyir.

Qrimaldo “Barselona” akademiyasının yetirməsidir. O, 2023-cü ildən “Bayer”də çıxış edir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 13 məhsuldar ötürmə edib. Dəyəri 40 milyon avrodur.

Bənzər xəbərlər