featured-image-56155

Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso İngiltərənin “Mançester Siti” komandasının “sükanı arxasına” keçməyə əsas namizəddir.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, gələn ilin yayında Mançester təmsilçisi ilə müqaviləsi başa çatacaq ispaniyalı mütəxəssis klubdan ayrılacağı təqdirdə, onu həmyerlisi əvəzləyə bilər.

Namizədlər arasında Portuqaliyanın “Sportinq” klubunun çalışdırıcısı Ruben Amorimin də var.

Qeyd edək ki, P.Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edir. X.Alonso isə ötən mövsüm “Bayer” ilə Bundesliqa və Almaniya Kubokunu qazanıb.

Bənzər xəbərlər