featured-image-23969

“Mançester Siti” hücumçusu Xulian Alvareslə müqaviləni uzatmaq istəyir. Msport.az xəbər verir ki, jurnalist Sezar Luis Merlonun yazdığına görə, futbolçu hələ buna razılıq verməyib.

Argentinalı forvardın “şəhərlilər”lə müqaviləsi 2027-ci ilə qədərdir. 23 yaşlı oyunçu “Barselona” və digər klubların diqqət mərkəzindədir.

Futbolçu meydanda keçirdiyi vaxtın azlığlndan narazıdır. Əgər belə davam etsə, Alvares yayda icarəyə verilməsini istəyəcək.

Mənbənin sözlərinə görə, hücumçunun dünya çempionatındakı uğurlu çıxışından sonra İngiltərə klubu onun maaşını artırmaq istəyir. Tərəflər artıq neçə vaxtdır danışıqlar aparsalar da, ortaq məxrəcə gələ bilmirlər.

Alvares bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 30 oyunda meydana çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər