featured-image-30639

“Mançester Siti”nin hücumçusu Xulian Alvarez Erlinq Hallandla rəqabətə görə İngiltərə klubunu tərk edə bilər.

Msport.az xəbər verir ki, argentinalı futbolçu “şəhərlilər”lə 2028-ci ilə kimi müqavilə bağlasa da, klubdakı perespektivinə inanmır.

“Bayern” 23 yaşlı forvardı transfer etməyə hazırdır.

Mənbənin sözlərinə görə, Alvares başa düşür ki, norveçli qolçunu heyətdən sıxışdırıb çıxarnaq çətin olacaq. Ön xəttə yeni oyunçu axtarışında olan Münhen təmsilçisi argentinalı dünya çempionuna dəvət göndərə bilər.

Alvares cari mpvsümdə 48 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə verib.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər