featured-image-50663

Futbol üzrə Amerika Kubokunda ilk finalçı bəlli olub.

Msport.az xəbər verir ki, yarımfinalda Argentina yığması Kanada ilə üz-üzə gəlib.

Qarşılaşma “tanqoçular”ın qələbəsi ilə bitib – 2:0. 22-ci dəqiqədə Xulio Alvares, 51-ci dəqiqədə Lionel Messi fərqlənib.

Son dünya çempionu həlledici matçda Uruqvay – Paraqvay cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Bənzər xəbərlər