featured-image-50729

ABŞ-da keçirilən Amerika Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Msport.az xəbər verir ki, yarımfinalda Kolumbiya və Uruqvay seçmələri qarşılaşıblar.

Matç birincilərin qələbəsi ilə bitib. Görüşdə yeganə qolu 39-cu dəqiqədə Jefferson Lerma vurub.

Qeyd edək ki, Kolumbiya iyulun 15-də finalda Argentina millisi ilə üz-üzə gələcək.

Bənzər xəbərlər