featured-image-49904

Braziliya millisi ABŞ-da keçirilən Amerika Kubokunda ilk oyununu keçirib.

Msport.az xəbər verir ki, “sambaçılar” D qrupunun I turunda Kosta-Rika ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bitib.

Digər görüşdə Kolumbiya Paraqvayı 2:1 hesabı ilə üstələyib. 32-ci dəqiqədə Daniel Munyos, 10 dəqiqə sonra Cefferson Lerma qələbədə pay sahibi olublar. Təsəlli qoluna 69-cu dəqiqədə Julio Enkiso imza atıb.

Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.

Bənzər xəbərlər