Amerika Kuboku: “Turan Tovuz”un legioneri məğlubiyyətə üzüldü
“Turan Tovuz” klubunun futbolçusu Roderik Millerin çıxış etdiyi Panama millisi ABŞ-da təşkil olunan Amerika Kubokunda ilk matçına çıxıb.
Msport.az xəbər verir ki, yığma Uruqvay kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma ikincilərin qalibiyyəti ilə bitib. Uruqvay seçməsində Maksimiliano Arauxo, 85-ci dəqiqədə Darvin Nunyes, 90+1-ci dəqiqədə Matias Vina adını taploya yazdırıb. Panamanın təsəlli qoluna 90+5-ci dəqiqədə Maykl Murillo imza atıb.
Digər görüşdə Meydan sahibləri Boliviyanı iki cavabsız qolla üstələyib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə Folarin Balogun fərqlənib.
Qeyd edək ki, Amerika Kuboku iyulun 14-də başa çatacaq.