Amerika Kubokunun ən yaxşı qapıçısı
Argentina millisinin üzvü Emiliano Martines Amerika Kubokunun ən yaxşı qapıçısı seçilib.
Msport.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı qolkiper buna 6 oyunda cəmi 1 qol buraxmaqla nail olub.
Argentina seçməsi turnirin finalında Kolumbiya yığmasını 1:0 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə Amerika Kubokunu qazanıb.
Qeyd edək ki, yarışın ən yaxşı futbolçusu isə Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges seçilib.