featured-image-51016

WhoScored” Amerika Kuboku – 2024-ün rəmzi komandasını açıqlayıb.

Msport.az xəbər verir ki, Argentina yığmasının kapitanı Lionel Messi də simvolik “11-liy”ə alınıb.

Ümumiyyətlə, turnirin qalibi olan Argentina yığmasının 3 futbolçusu rəmzi kollektivə düşüb

Hər mövqe üzrə ən yüksək orta xal toplayan futbolçular fərqləndirilib.

Qapıçı: Rafael Romo (Venesuela, orta xal – 7,6);

Müdafiəçilər: Daniel Munyos (Kolumbiya – 7,22), Kristian Romero (Argentina – 7,46), Ronald Arauxo (Uruqvay – 7,38), Pyero İnkapi (Ekvador – 7,15);

Yarımmüdafiəçilər: Xames Rodriges (Kolumbiya – 7,93), Federiko Valverde (Uruqvay – 7,45), Moyzes Kaysedo (Ekvador – 7,57), Aleksis Makallister (Argentina – 7,27);

Hücumçular: Lionel Messi (Argentina – 7.42), Xose Salomon Rondon (Venesuela – 7.91).

Qeyd edək ki, finalda Kolumbiyanı 1:0 hesabı ilə məğlub edən Argentina millisi ardıcıl ikinci dəfə yarışın qalibi olub.

Bənzər xəbərlər