Amorim istefa verəcək? - Özü açıqladı
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim son vaxtlar istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Msport.az xəbər verir ki, 24 oyundan sonra 29 xal toplayan “qırmızı şeytanlar” turnir cədvəlində 14-cü yeri tutur.
“Mən bunu qəbul edirəm. Məşqçi olanda belə şeyləri qəbul etməlisən. Lakin mən etdiklərimə tam şəkildə inanıram. Bilirəm ki, belə klubda və belə təzyiq altında sən hər zaman risk edirsən. Bunu qəbul edirəm, amma istefa indi məni narahat edən əsas amil deyil. Oyunları uduzmaq işimin ən çətin tərəfidir, istefa yox. Mən sadəcə qalib gəlmək istəyirəm” – Amorim belə deyib.
Qeyd edək ki, 40 yaşlı mütəxəssis ötən ilin noyabrında “Mançester Yunayted”in sükanı arxasına keçib.