Amorimin transfer etmək istədiyi ilk futbolçu
İngiltərənin “Mançester Yunayted” komandasının yeni baş məşqçisi Ruben Amorimin transfer etmək istədiyi ilk futbolçu bəlli olub.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliyanın “Yuventus” klubunda çıxış edən Danilonu sərəncamında görmək niyyətindədir. Bu keçid üçün “qırmızı şeytanlar” qarşı tərəfə qış transfer dövründə təklif göndərəcək. Braziliyalı müdafiəçinin Turin təmsilçisi ilə müqaviləsi bu mövsümün sonunda yekunlaşacaq.
2019-cu ildə “Mançester Siti”dən “Yuventus”a keçən Danilo bu mövsüm 10 matçda meydanda olub.