Amrabat “Barselona”ya keçmək istəyir
“Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat “Barselona”ya keçmək istəyir. Msport.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu mərakeşli futbolçu ilə hələ qış transfer pəncərəsi zamanı maraqlanıb. Lakin “Barsa” İtaliya təmsilçisi ilə razılığa gələ bilməyib. “Barselona” onu icarəyə götürmək istəsə də, Florentsiya klubu bununla razılaşmayıb.
Deyilənə görə, “Barselona”nın formasını geyinmək Amrabatın uşaqlıq arzusudur.
Mərakeş yığmasının DÇ-2022-dəki uğurlu çıxışından sonra yarımmüdafiəçi ilə PSJ, “Atletiko”, “Liverpul” və “Tottenhem” də maraqlanır.
Futbolçu İspaniya La Liqasında çıxış etmək istəyir.
ANAR







