Ançelotti 4 il 9 ay müddətinə həbs edilə bilər
İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilə bilər.
Msport.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, İspaniya prokurorları təcrübəli mütəxəssisin həbsini tələb edirlər.
Ançelotti 2014-2015-ci illər arasında vergi orqanlarından 1 milyon avro gizlətməkdə ittiham olunur.
Xatırladaq ki, italiyalı mütəxəssis daha əvvəl 2013-2015-ci illərdə “Real”a rəhbərlik edib. O, 2021-ci ilin yayında yenidən bu komandaya baş məşqçi təyin olunub.