featured-image-34541

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın yeni transfer Arda Gülərin zədəsi haqda danışıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis açıqlamasında Gülərin zədəsinin ciddi olmadığını deyib.

“Gülərin zədəsi ciddi deyil. Fikrimcə, o, maksimum bir ayı buraxacaq. Onun əməliyyata ehtiyacı yoxdur”, – Ançelotti “Yuventus”la yoxlama matçından sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Arda Gülər ​​“Gənclərbirliyi” klubunun yetirməsidir. O, bu yay “Fənərbağça”dan “Real”a keçib.

Royal Türksoy

Bənzər xəbərlər