featured-image-25661

“Real”ın baş məşqçisi Karlo Ançelotti növbəti dəfə Eden Azar barədə danışıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis Azarın niyə az oynamasına aydınlıq gətirib:

“Mən bura hamıya oyun təcrübəsi qazandırmağa gəlməmişəm. Mən matçları qazanmaq üçün gəlmişəm. Qalibiyyət məqsədi ilə meydana ən yaxşı formada olanları buraxıram.

Futbolçunun neçə yaşı var, nə qədər qazanır buna baxmıram. Hər şey yalnız onun oyunundan asılıdır”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər