featured-image-18723

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya yığmasının “sükanı arxasına” keçməyəcək.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis bütün diqqətini Madrid təmsilçisinə cəmləyib və müqaviləsinin sonuna qədər klubda qalmaq niyyətindədir.

Onun “kral klubu” ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

Daha öncə Braziliya Futbol Konfederasiyasının rəhbərliyinin Qətərdə keçirilən dünya çempionatı başlamazdan əvvəl Ançelotti və “Mançester Siti”sinin baş məşqçisi Xosep Qvardiola ilə əlaqə saxladığı bildirilirdi.

Braziliya millisi dünya çempionatının 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında (1:1, 2:4) məğlub olub. Bundan sonra baş məşqçi Tite postundan uzaqlaşdırılıb.

Bənzər xəbərlər