"Ançelotti Braziliya millisinin baş məşqçisi olacaq" - Ederson
“Real”ın baş məşqçisi Karlo Ançelotti mövsüm başa çatdıqdan sonra Braziliya yığmasının sükanı arxasına keçə bilər. Msport.az xəbər verir ki, “Mançester Siti”nin qapıçısı Ederson bu fikiri səsləndirib:
“Mən Kazemiro, Vinisius və Eder Militao ilə danışmışam. Böyük ehtimalla Ançelotti Braziliya seçməsinin baş məşqçisi olacaq. Mənə dedilər ki, o, fərqli, xüsusi adamdır. Hamı onu sevir”.
Qeyd edək ki, italiyalı mütəxəssis bir neçə dəfə Madrid klubunun onunla bağlı nə qərar verəcəksə, ona əməl edəcəyini bildirib.
ANAR







