featured-image-23493

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Liverpul”da işləyən həmkarı Yurgen Kloppla münasibətlərinin əla olduğunu deyib.

Msport.az “Sky”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Kloppa hədiyyə göndərdiyini də bildirib:

“Bizim münasibətlərimiz yaxşıdır. Pandemiya vaxtı 1,5 ili Liverpulda (Ançelotti o zaman “Everton”u çalışdırırdı – red) bir yerdə keçirdik. Tez-tez yazışırdıq, bir-birimizə hədiyyələr göndərirdik. O, çox mehriban insandır.

Nə hədiyyəsi? Elektron siqaret”.

Xatırladaq ki, sabah Çempionlar Liqasının 1\8 final mərhələsi çərçivəsində “Liverpul” “Real”ı qəbul edəcək.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər