featured-image-41553

Karlo Ançelotti baş məşqçi karyerasını İspaniyanın “Real” klubunda başa vuracaq.

Msport.az xəbər verir ki, bu barədə 64 yaşlı mütəxəssis özü açıqlama verib.

Madrid təmsilçisi ilə müqaviləni 2026-cı ilin yayınadək uzadan baş məşqçi bunun onun son işi olduğunu söyləyib: “Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq niyyətindəyəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılıdır”.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real”a rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.

Bənzər xəbərlər