featured-image-63804

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının performansındakı enişdən danışıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis çox qol buraxdıqlarını və kollektiv oyunda zəifləmə olduğunu etiraf edib:

“Son həftələrdə təkcə fərdi oyunçular arasında deyil, ümumi oyunda eniş müşahidə etdik. Son matçlarda çoxlu qol buraxırıq. Bunu dayandırmalıyıq. Ən əsası, komandanın liderləri həmişəki kimi oyuna təsir edə bilmir”.

Qeyd edək ki, “Real” hazırda 63 xalla La Liqada 2-ci yerdə qərarlaşır.

Bənzər xəbərlər