featured-image-29307

Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriqes Karlo Ançelottinin milli komandanın sükanı arxasına keçmək perespektivlərindən danışıb. Msport.az xəbər verir ki o, mayın sonunda məsələyə aydınlıq gələcəyini bildirib:

“Mayın sonuna kimi ya o, ya da başqa məşqçi olacaq. Bizim iyuna iki oyunnumuz nəzərdə tutulub, həmin vaxt La Liqada da mövsüm başa çatacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-dadır. Ançelotti mənim üçün əsas namizəddir. Yoxlamışıq ki, onun ölkəmizdə işləmək marağı varmı.

İlk dəfədir ki, bu məsələ barədə belə açıq danışıram. Gizlətməyin artıq mənası yoxdur”.

İtaliyalı mütəxəssis ötən mövsüm “Real”da həm Çempionlar Liqasını, həm də La Liqanı qazanıb. O, 2014-cü ildə də Madrid klubunu ÇL-də qələbəyə daşıyıb.

Braziliya yığmasına hazırda Ramon rəhbərlik edir. Tite DÇ-2022-də Xorvatiyaya məğlubiyyətdən sonra postunu tərk etmişdi.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər