featured-image-20171

Karlo Ançelotti Beynəlxlq Futbol Tarixi və Statistikaları Federasiyasınn (İFFHS) versiyasına əsasən, 2022-ci ilin ən yaxşı məşqçisi hesab olunub.

Msport.az xəbər verir ki, ötən il “Real”ı Çempionlar Liqasında və İspaniya La Liqasında qalib edən ispaniyalı mütəxəssis üçüncü dəfə bu mükafatı alır.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola səsvermədə 2-ci olub.

Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi 3-cü yeri tutub. O, “Vidad” klubu ilə Mərakeş çempionatını və Afrika Çempionlar Liqasını qazanıb.

“Liverpul”un çalışdırıcısı Yurgen Klopp siyahıda 4-cü olub.

 

Bənzər xəbərlər