featured-image-25575

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyindən danışıb. Msport.az “The Athletic”ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis son qərarı klubun rəhbərliyinin verəcəyini bildirib:

“Həmişə demişən ki, həyatımın qalan hissəsini bu klubda qalardım, amma bu mümkün deyil. Qərarı klub verəcək.

Əgr istəsələr ki, burda qalım, bundan həzz alacam. Əgər istəsələr ki, 3 ay qalım, yenə həvəslə işimi görəcəm. Əgər müqaviləni 3 il uzatmaq istəsələr, yenə bundan zövq alacam”.

63 yaşlı mütəxəssis “”Real” titul qazanmasa, istefaya gönrərilə bilər” fikrinə belə münasibət bildirib: “Əminəm ki, biz qalib gələcəyik.

Biz İspaniya kubokunda və La Liqada uduzuruq, Çempionlar Liqasında geri qalmırıq. Ancaq sabah La Liqada xal fərqini aradan qaldırmaq niyyətindəyik”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər