featured-image-27328

“Real”ın baş məşqçisi Karlo Ançelotti Kərim Benzema, Toni Kroos və Luka Modriç haqqında müsbət fikirlər səsləndirib. Msport.az “Marca”ya istinadən xəbər verir ki. italiyalı mütəxəssis bildirib ki, adı çəkilən futbolçuların müqavilələrinin uzadılması ilə bağlı iş tam sürətlə gedir:

“Benzema, Kroos, Modriç həmişəki kimidirlər. Mövsüm ərzində normaldır, elə ki, bir az oyunda sabitlik olmadı, enişlər və yüksəlişlər baş verir. Onları yaşına görə yox, gördükləri işə görə qiymətləndirmək lazımdır.

Ola bilsin ki, gənc oyunçular kimi bədən quruluşları yoxdur, lakin dünyada heç kimdə bu cür oyun manerası da yoxdur. Bunu bazardan almaq mümkün deyil”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər