featured-image-26789

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinin onunla maraqlandığını təsdiq edib.
Msport.az xəbər verir ki, 63 yaşlı mütəxəssis buna rəğmən Madrid klubu ilə müqaviləsi olduğunu bildirib:
“Reallıq budur ki, Braziliya yığması məni istəyir. Bu xoşuma gəlir, həyəcan vericidir.
Amma müqaviləyə hörmət etmək lazımdır, anlaşmanın sonuna kimi işləməliyəm. “Real” mənə imkan verənə qədər burda qalacam.
Klub prezidentinin, oyunçuların, fanatların rəğbətini hiss edirəm. Ətrafımda vəziyyət çox sakitdir. İki titul qazanmaq üçün 2,5 ay vaxtımız var, bunun üçün çalışmalıyıq”.

ANAR ABDULLAYEV

Bənzər xəbərlər