featured-image-27511

“Real”ın baş məşqçisi Karlo Ançelotti VAR sisteminin tətbiqindən narazıdır. Msport.az xəbər verir ki, italiyalı mütəxəssis artıq hakimlərin kölgədə qaldığını deyib:

“Düzünü desəm, VAR-ın tətbiq olunma forması xoşuma gəlmir. İndi o hakimlikdən daha vacib olub və çox tez-tez istifadə edilir.

VAR aşkar səhvləri aradan qaldırmaq üçün tətbiq olunmuşdu, lakin indi ona həddən artıq çox müraciət edirlər. Bunu bir qədər dəyişmək lazımdır. Əlla oyunla da bağlı hələ də qarışıqlıq çoxdur”.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər