featured-image-28931

“Real”ın baş məşqçisi Karlo Ançelotti Vinisius Juniora göstərilən sarı vərəqələrdən narazıdır. Msport.az xəbər verir ki, braziliyalı vinger cari çempionatda 10 dəfə cəzalandırılıb:

“O, bu mövsüm La Liqada 10 sarı vərəqə görüb. Bu bizim üçün gözlənilməzdir. Hətta liqanın ən kobud oynayan yarımmüdafiəçisinə belə 10 sarı göstərilməyib.

Ona həddindən artıq çox vərəqə göstərirlər. Hücumçumuzun  ayağına zərbə endirənlər isə əksinə o qədər cəzalandırılmırlar.

Vinisiusa onu vurduqları üçün hakimə şikayət etdiyinə görə sarı vərəqə göstərilməməlidir”.

ANAR

Bənzər xəbərlər