featured-image-16260

İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis buna ÇL-in qrup mərhələsinin 6-cı turunda Şotlandiyanın “Seltik” komandasına qalib gəldikləri (5:1) matçda nail olub.

Bu, Karlonun sözügedən turnirdəki 103-cü qələbəsi olub. Ançelotti bununla da Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçiyə çevrilib.

Bundan əvvəlki rekord “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqussona məxsus idi (102 qələbə).

Bənzər xəbərlər