Ançelottidən tarixi rekord
İspaniyanın “Real” klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında tarixi rekorda imza atıb.
Msport xəbər verir ki, yarımfinal mərhələsinin “Bavariya” ilə cavab oyunu italiyalının turnirdə 203-cü matçı olub.
Ançelotti Çempionlar Liqası tarixində baş məşqçi kimi ən çox görüşdə iştirak edən mütəxəssis adına sahib çıxıb. O, hesabında 202 matç olan Aleks Ferqyusonu arxada qoyub.
1. Karlo Ançelotti – 203
2. Aleks Ferqyuson – 202
3. Arsen Venger – 190
4. Pep Qvardiola – 171
5. Joze Mourinyo – 151
6. Mirça Luçesku – 115
7. Dieqo Simeone – 106
8. Yurgen Klopp – 102
9. Massimiliano Alleqri – 100
10. Ottmar Hitsfeld – 97
Qeyd edək ki, iki oyunun yekununda (2:2, 2:1) finala adlayan “Real”ın baş məşqçisi həm də 6 dəfə həlledici matça vəsiqə qazanan ilk mütəxəssis kimi rekorda imza atıb.