Ançelottinin ilk heyəti – millidə
Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti ilk heyətini müəyyənləşdirib.
Msport.az xəbər verir ki, italiyalı mütəxəssis 25 futbolçuya dəvət göndərib.
O, əsasən Avropada çıxış edən oyunçulara üstünlük verib. Ançelotti uzun fasilədən sonra Antoni və Kasemironu da yığmaya çağırıb.
Qapıçılar: Alisson (“Liverpul”, İngiltərə), Bento Krepski (“Əl-Nasr”, Səudiyyə Ərəbistanı), Huqo Sousa (“Korintians”);
Müdafiəçilər: Aleks Sandro, Danilo, Leo Ortiz, Uesli (hamısı “Flamenqo”), Aleksandro (“Lill”, Fransa), Lukas Beraldo, Markinyos (hər ikisi PSJ, Fransa), Karlos Auqusto (“İnter”, İtaliya), Uonderson (Monako, Fransa);
Yarımmüdafiəçilər: Andreas Pereyra (“Fulhem”, İngiltərə), Andrey Santos (“Strasburq”, Fransa), Bruno Gimaraes (“Nyukasl”, İngiltərə), Kasemiro (“Mançester Yunayted”, İngiltərə), Ederson (“Atalanta”, İtaliya), Gerson (“Flamenqo”).
Hücumçular: Antoni (“Betis”, İspaniya), Estevan (“Palmeyras”), Martinelli (“Arsenal, İngiltərə), Mateus Kunya (“Vulverhempton”, İngiltərə), Rafinya (“Barselona”, İspaniya), Rişarlison (“Tottenhem”, İngiltərə), Vinisius Junoir (“Real”, İspaniya).
Qeyd edək ki, Braziliyalı yığması DÇ-2026-nın seçmə mərhələsində Ekvador (6 iyun) və Paraqvayla (10 iyun) qarşılaşacaq.