featured-image-65194

Braziliya millisinin yeni baş məşqçisi Karlo Ançelotti Rio-de-Janeyroda yaşayacaq.

Msport.az xəbər verir ki, italiyalı mütəxəssis özü ilə 4 məşqçi gətirəcək.

Onun məşqçilər korpusunda Françesko Mauro (köməkçi məşqçi), Benyaminyo Fulko (köməkçi məşqçi və fiziki hazırlıq üzrə məşqçi), Simone Montanauro (analitik) və Davide Ançelotti (baş məşqçinin oğlu və köməkçisi) olacaq.

Qeyd edək ki, hazırda “Real”ı çalışdıran Ançelotti yayda Braziliya millisinin sükanı arxasına keçəcək.

Bənzər xəbərlər