Ançelottinin oğlu baş məşqçiliyə başlayır
Karlo Ançelottinin oğlu, həmçinin köməkçisi Davide Ançelotti baş məşqçilik karyerasına başlaya bilər.
Msport.az xəbər verir ki, 33 yaşlı mütəxəssis yeni mövsümdən “Bazel”i çalışdırmağa namizəddir.
Davide 2021-ci ildən “Real Madrid”də atasının assistenti vəzifəsində çalışır. O, daha öncə PSJ, “Bayern Münhen”, “Everton” və “Napoli”də də “Papa Karlo”nun məşqçi heyətində yer alıb.
Royal Türksoy







