Andre Silva “Real Sosyedad”a keçir
“Leypsiq”in hücumçusu Andre Silva karyerasını “Real Sosyedad”da davam etdirə bilər.
Msport.az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar arasında danışıqlar yekunlaşma mərhələsindədir. 27 yaşlı hücumçunun özü də La Liqaya keçməyə qarşı deyil.
Qeyd edək ki, Silva 2021-ci ildən “Leypsiq”də oynayır. O, ötən mövsüm ərzində Bundesliqada keçirdiyi 31 matçda 4 qol və 3 assistlə fərqlənib.
Royal Türksoy







