featured-image-32483

Fabio Kannavaro “Fatih Karagümrük” klubunun baş məşqçisi ola bilər. Msport.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.

Onun sözlərinə görə, 49 yaşlı mütəxəssis Türkiyə klubunun maraq dairəsindədir.

İtaliya millisinin sabiq müdafiəçisi əvəllər Səudiyyə Ərəbistanının “Əl Nəsr”, Çinin Everqand”, İtaliyanın “Benevento” komandalarına rəhbərlik edib. O, “Benevento” ilə əməkdaşlığa bu ilin fevralında son verib.

Kannavaro “Quançjou” klubu ilə Çin çempionu olub.

Qeyd edək ki, “Fatih Karagümrük”ün son məşqçisi də italiyalı mütəxəssis idi. Türkiyə Super Liqasında mübarizə aparan komandanı Andrea Pirlo çalışdırırdı.

Kannavaro futbolçu karyerası ərzində “Yuventus”la iki dəfə İtaliya çempionu, “Real”la da eynisayda La Liqanın qalibi olub. O, 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionatında qalib gəlib.

ANAR

 

Bənzər xəbərlər