featured-image-46185

İspaniyanın “Barselona” klubunun sabiq futbolçuları Andres İnyesta və Boyan Krkiç yeni klub almaq niyyətindədirlər.

Msport.az xəbər verir ki, onlar Danimarka təmsilçisi “Helsinqor”un səhmlərinə sahib olmağı planlaşdırırlar.

İnyestanın şəriki Joel Borras, həmçinin Krkiçin daxil olduğu qlobal idman, əyləncə və marketinq şirkəti NSN “Helsinqor”u almağa yaxındı. İnyesta və şəriklərinin səhmlərin 85 faizi üçün 2 milyon avro ödəməsi gözlənilir.

Qeyd edək ki, “Helsinqor” hazırda Danimarkanın I liqasında çıxış edir.

Bənzər xəbərlər