featured-image-41414

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti postuna yeganə namizəd olacaq.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 47 yaşlı keçmiş oyunçunun namizədliyi UAF-ın bütün daimi üzvləri tərəfindən dəstəklənib.

Seçkilər yanvarın 25-də keçiriləcək.

Qeyd edək ki, Andrey Şevçenko İtaliyada “Milan”, İngiltərədə “Çelsi”, ölkəsində “Dinamo” kimi klubların formasını geyinib.

Bənzər xəbərlər