Anri ABŞ millisinin baş məşqçisi ola bilər
İngiltərənin “Arsenal” klubunun və Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri ABŞ millisinin baş məşqçisi vəzifəsinə namizəd olub.
Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, keçmiş futbolçu ilə Paris olimpiadasından sonra danışıqlara başlanıla bilər.
T.Anri Paris-2024-də mübarizə aparacaq Fransanın gənc futbolçulardan ibarət yığmasını çalışdırır.
Qeyd edək ki, ABŞ millisinin sabiq baş məşqçisi Qreq Berhalter Amerika Kubokundan sonra istefa vermişdi.