featured-image-29691

Fransa millisinin keçmiş futbolçusu Tyeri Anri futbolu təkmilləşdirməyə yönəlmiş 5 ideya təklif edib.

Msport.az əfsanəvi futbolçunun irəli sürdüyü təklifləri təqdim edir:

1. Hakimlər oyundan sonra mətbuata müsahibə verir. Onlar gördükləri işin keyfiyyətini qiymətləndirməli, buraxılmış səhvləri izah etməlidirlər.

2. Komandalardan biri vaxtı uzadarsa, hakim 25 metrlik məsafədən cərimə zərbəsi təyin edir.

3. Bir oyunda 3 qol vura bilən komandalara nəticədən asılı olmayaraq əlavə 1 xal verilsin.

4. İdman direktorları komandaya yeni gələn gənc oyunçularla görüşməlidir.

5. Zədələnən futbolçunun müalicə olunduğu zaman edilə bilən əlavə müvəqqəti əvəzetmə.

Royal Türksoy

Bənzər xəbərlər